Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Azərbaycanlı samboçu Ermənistanın himnini təhqir etdi – VİDEO + FOTO
Rusiyanın paytaxtı Moskvada keçirilən və Anatoli Xarlampiyevin xatirəsinə həsr olunmuş sambo üzrə Dünya Kubokunda maraqlı hadisə yaşanıb.
Oxu.Az xəbər verir ki, turnirin ilk günündə 90 kq-dək çəki kateqoriyasında yarışın qalibi erməni Aşot Danielyan, 2-ci yerin sahibi rusiyalı Viktor Osipenko olub.
3-cü yeri isə belaruslu Sergey Lesyakla azərbaycanlı Bəxtiyar Abbasov bölüşüblər.
Qaliblərin mükafatlandırılması zamanı isə samboçumuz Bəxtiyar Abbasov qalib gəlmiş erməni idmançının şərəfinə səsləndirilən Ermənistanın himnini ayaq üstə dayanaraq dinləməkdən imtina edib və nümayişkaranə şəkildə oturub.
Qeyd edək ki, ümumilikdə həmin yarışda ölkəmiz 8 idmançı ilə təmsil olunub.
Amil Qasımov (74 kq) qızıl, Nəsimi Umbayev (52 kq) və Emil Həsənov (68 kq) gümüş, Bəxtiyar Abbasov (90 kq), Elmuraz Qasımov (100 kq), Kənan Qasımov (90 kq), Elnur Əhmədov (62 kq), Mövlud Mirəliyev (100 kq) bürünc medal qazanıblar.
Qeyd edək ki, Bəxtiyar Abbasov Ermənistanın işğal etdiyi Xocavənd rayonunun Qaradağlı kəndində dünyaya göz açıb.
"Azərbaycan" teqi üzrə xəbərlər
- Marina Silva: "İqlim maliyyəsi həssas ölkələrə güzəşt deyil, iqlimlə mübarizə üçündür"
- COP29-un bağlanış plenar iclasında Paris Sazişinin 6-cı maddəsi tam təsdiqlənib
- COP29-un yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür barədə qətnamə layihəsi qəbul olundu
- Azərbaycanla Braziliya arasında bir il: COP30-dək hansı hədəflərə çatmalıyıq?
- Türk dünyasının YAŞIL GÜNDƏMİ: Azərbaycan, Qazaxıstan və Özbəkistanın Strateji Tərəfdaşlığı