Oktyabrın 27-də Çinin Anxoy vilayətinin Uxu şəhərində keçirilən tələbələr arasında 43-cü idman olimpiadasına yekun vurulub.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, olimpiadanın təntənəli açılış mərasimində Anxoy Pedaqoji Universitetinin tələbələri yürüş edib.
Olimpiadaya dəstək xarakteri daşıyan yürüşdə 24-dən çox ölkənin Çində təhsil alan milli geyimli xarici tələbələri ölkələrinin bayraqları ilə yarış iştirakçılarını və qonaqları salamlayıblar.
Yürüşdə Azərbaycan, ABŞ, Kuba, İtaliya, Yaponiya, İndoneziya, Tacikistan, Qazaxıstan və digər ölkələrdən tələbələr iştirak ediblər.
Ümumilikdə olimpiadada mindən çox tələbə-idmançı iştirak edib və yekunda 25 iştirakçı qalib olub.
E.Ə.
www.oxu.az