Məşhur aktyor Bred Pitt Zach Galifianakisin “Between two Ferns” adlı şousunda qonaq olub.
Oxu.Az əcnəbi mətbuata istinadən xəbər verir ki, verilişin gedişində B.Pitt ilə aparıcı arasında mübahisəli anlar yaşanıb. O, indiki həyat yoldaşı Ancelina Coli və keçmiş həyat yoldaşı Cennifer Aninstonla bağlı sualları cavabsız qoyub.
Aparıcının ona ünvanladığı “İnsanların görünüşünə aldanıb sənin bərbad aktyor olduğunun fərqinə varmadıqlarını düşünürsənmi?” sualından sonra B.Pitt ağzındakı saqqızı Z.Galifianakisin üzünə tüpürüb.
Aytən Sadıqzadə