Azərbaycanın qadın voleybol klubu “Azərreyl” Çempionlar Liqasında növbəti oyununu keçirib.
Oxu.Az xəbər verir ki, təmsilçimiz Bakıda Rusiyanın “Dinamo Kazan” klubunu qəbul edib və 3:1 hesabı ilə məğlub olub (20:25, 25:21, 21:25 və 17:25).
Xatırladaq ki, komandamız bundan əvvəlki oyunlarında “Alyants Ştutqart”a 3:0 hesabı ilə qalib gəlmiş, Bakının “Lokomotiv” klubuna 1:3 hesabı ilə məğlub olmuşdu. “Dinamo Kazan”a qarşı ilk oyunda isə 0:3 hesabı ilə uduzmuşdu.