Azərbaycanın qadın voleybolçulardan ibarət “Azəryol” klubu Bakıda Avropa Voleybol Konfederasiyası (CEV) kuboku yarışlarının “Çelenc raund” mərhələsində İtaliyanın Novara şəhər təmsilçisi “İqor Qorqonzola” komandasını məğlub edib.
Oxu.Az-ın məlumatına görə, “Azəryol” 3:1 hesabı ilə qalib gəlib (25:19, 25:17, 23:25, 25:17).
Cavab qarşılaşması Novarada fevralın 23-də keçiriləcək. Bu cütlüyün qalibi yarımfinalda Krasnodarın “Dinamo” və Almaniyanın “Ştutqart” duelində qələbə qazanan komanda ilə görüşəcək.
İlk qarşılaşmada Rusiya təmsilçisi 3:0 hesabı ilə qalib gəlib.
F.H.
www.oxu.az