Dünən qadınlar arasında Çempionlar Liqasının pley-off raundunun 1-ci matçında italyan “Yamamay”ına məğlub olduqdan sonra “Azəryol” komandasının baş məşqçisi Aleksey Çervyakov işdən çıxarılıb.
Oxu.Az xəbər verir ki, onun yerini amerikalı Ceremi Estes tutacaq, o Çervyakovun müavini idi.
“Azəryol” italyan “Yamamay”ına 1:3 (24:26, 21:25, 25:19, 14:25) hesabı ilə məğlub olub. Cavab oyunu fevral ayının 18-də İtaliyada keçiriləcək.
“Azəryol” bu matçda 3:0 və ya 3:1 hesabı ilə qalib gəlməlidir ki, “qızıl” partiya oyunu keçirilsin.
F.H.
www.oxu.az