İnna Ospienko-Rodomska qadınların kayak yarışında uğurlu çıxışını davam etdirib. O, yarımfinal mərhələsində 500 metr məsafəni 1:48.132 göstərici ilə qət edərək növbəti - final mərhələsinə vəsiqə qazanıb.
Oxu.Az xəbər verir ki, iİdmançımız finalda Portuqaliya, Serbiya, Belarus, Polşa, Macarıstan, Böyük Britaniya, Avstriya və Sloveniya avarçəkənləri ilə mübarizə aparacaq.
Digər avarçəkənimiz T.Matviyçuk yarımfinal mərhələsində mübarizəni dayandırıb. Sergey Bezuqlıy - Aleksey Kupin kanoe cütlüyü isə 3:29.489 nəticə ilə finala adlarını yazdıra bilib.
15:29
Yığma komandamızın üzvü İnna Rdomska-Osipenko qadınların kayak yarışında uğurla çıxış edib.
Oxu.Az Trend-ə istinadən xəbər verir ki, o, 500 metr məsafəni 1 dəqiqə 51,224 saniyəyə qət edərək finiş xəttinə ikinci çatıb.
İ.Rdomska-Osipenko yarımfinalda ikinci yürüşdə beşinci zolaqda mübarizə aparacaq.
Qeyd edək ki, Azərbaycanı avarçəkmə yarışlarında təmsil edən İ.Rdomska-Osipenko ilə yanaşı, Taras Matviyçuk, Sergey Bezuqlıy və Aleksey Kupin də yarımfinala yüksəliblər.
09:34
Bu gün Bakı-2015 I Avropa Oyunlarında avarçəkmə yarışlarına start verilib.
Oxu.Az-ın Trend-ə istinadən məlumatına görə, Mingəçevirdə baş tutan yarışın ilk günündə 8 növ üzrə ilkin və yarımfinal mərhələsində yürüşlər keçiriləcək.
Avarçəkmə yarışları kişi kanoeçilərin 1000 m məsafəyə ilkin yürüşləri ilə başlayıb. 14 nəfərin iki yürüşdə qüvvəsini sınayır. Azərbaycanı təmsil edəcək Taras Matviyçuk ilk “7-lik”də start xəttinə çıxıb.
T.Matviçuk da ilk 4-lükdə yer aldığından növbəti mərhələyə keçə bilməyiblər.
Kişilərin 1000 metr məsafəyə kayak yarışlarında 31 idmançı qüvvəsini sınayacaq. İlkin mərhələdə 4 yürüş keçirilir. Təmsilçimiz Tamerlan Mustafayev 1-ci yürüşdə 8-ci zolaqda mübarizəyə başlayir.
Bu yarışda Almaniya idmançısı birbaşa final mərhələsinə vəsiqə qazandı. T.Mustafayev isə sonuncu pillədə qərarlaşdığından növbəti mərhələyə keçə bilmədi.
www.oxu.az