Bakı 2015 Avropa Əməliyyat Komitəsi Nümayəndə Heyətlərinin Rəhbərləri üçün uğurlu seminar keçirir.
Oxu.Az xəbər verir ki, Avropanın hər yerindən Nümayəndə Heyətlərinin Rəhbərləri gələn ilin ilk Avropa Oyunlarından öncə əhəmiyyətli bir seminarda iştirak etmək üçün keçən həftə Bakı şəhərində olublar.
Avropa Milli Olimpiya Komitələrinin (MOK-lar) rəsmilərinə Oyunlara hazırlıq və işlərin gedişi barədə məlumat verilib və onlar obyektlərə təşkil olunmuş səfərlərdə iştirak edib və birinci Avropa Oyunlarına bir ilin qalması hadisəsini qeyd etmək üçün iyun ayının 11-də axşam keçirilmiş konsert və atəşfəşanlıqdan zövq alıblar.
İyun ayının 12-də möhtəşəm Buta Sarayında təntənəli ziyafətlə Nümayəndə Heyətlərinin Rəhbərləri üçün gərgin və səmərəli həftənin kulminasiya nöqtəsi qeyd olunub və onlar həmin ziyafət zamanı Azərbaycan Respublikasının Gənclər və İdman naziri, Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov və Avropa Olimpiya Komitələrinin (AOK) prezidenti Patrik Hikinin Oyunlara rəsmi dəvətlərini qəbul ediblər.
Azərbaycan Respublikasının Gənclər və İdman naziri və Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov deyib:
“Keçən həftə Avropanın hər tərəfindən Nümayəndə Heyətlərinin Rəhbərlərini Bakı şəhərində qürur hissi ilə qarşılayıb və salamlamışıq.
Biz bu tarixi Oyunlara ev sahibliyi etməyə hazırlaşdığımıza görə Seminar bizə bir təşkilat kimi son aylarda nail olduğumuz əla irəliləyişi MOK-lara nümayiş etdirmək imkanı yaradıb. Komandalar və atletlər ilə bağlı əzmimiz sabit və sarsılmazdır və bunu Nümayəndə Heyətlərinin Rəhbərlərinə nümayiş etdirmək üçün əhəmiyyətli imkan yaranıb”.
Nümayəndə Heyətlərinin Rəhbərləri Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) tərəfindən atletlər üçün hazırlanan xidmətlərin səviyyəsini müzakirə etmək imkanına malik olub və onlar ilk dəfə Atletlər Kəndi tam istismar rejimində çalışarkən və Avropa Bədii Gimnastika Çempionatının yarış iştirakçılarına ev sahibliyi edərkən oraya baş çəkiblər.
Patrik Hiki deyib:
“Birinci Avropa Oyunlarının Nümayəndə Heyətlərinin Rəhbərləri üçün seminar çox uğurlu olub. Ötən həftə keçirilmiş görüşlər zamanı bizim 2015-ci il üçün ən güclü mümkün Avropa Oyunları məhsulu yaratmaq və gələcək nəşrlər üçün ən yüksək standart müəyyənləşdirməkdən ötrü ehtiyac duyduğumuz məsələlərin çoxu AOK və BEGOC-un diqqətinə çatdırılıb.
İndi onlar gözəl Bakı şəhərində müəyyən qədər vaxt keçirdiklərinə görə Avropa MOK-ları arasında real bir inam var ki, Bakı 2015 MOK-lar və onların komandaları üçün proqressiv, texniki baxımdan əla və hər şeydən öncə misilsiz bir təcrübə olacaq”.
Bakı 2015 MOK Xidmətlər Komandası ilə Nümayəndə Heyətlərinin Rəhbərləri üçün ayrı-ayrı görüşlər də keçirilib və onların istənilən xüsusi suallarının nəzərə alınması və cavablandırılması təmin olunub.
Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Atlet Xidmətləri və Əməliyyatlar şöbəsinin direktoru Ceyms Makleod deyib:
“Nümayəndə Heyətlərinin Rəhbərləri üçün seminar bizə Avropa MOK-ları ilə əlaqə saxlamaq və Oyunlar üçün hazırladığımız xidmət səviyyələrini onlara izah etməkdən ötrü gözəl imkan yaradıb.
Oyunlar üzrə bu mütəxəssislərdən aldığımız rəylər bizi çox məmnun edib və əminik ki, atletlərin yüksək dərəcədə uğurlu yarışının həyata keçirilməsi üçün dəqiq və düzgün planlarımız yerindədir”.
Qeyd edək ki, Bakı 2015 Avropa Oyunları 2015-ci il iyun ayının 12-dən 28-nə qədər keçiriləcək və qitə üçün çox maraqlı, cəlbedici, proqressiv yeni multi-idman yarışları olan heç vaxt görünməmiş ilk Avropa Oyunları olacaq.
Bakı 2015 Avropa Oyunlarında ümumilikdə 19 idman növü olacaq: 16 Olimpiya idman növü və üç qeyri-Olimpiya idman növü.
17 yarış günü ərzində 6000-dən çox idmançının öz xalqlarını təmsil edəcəyi gözlənilir.
İdman növlərinin doqquzu 2016-cı ildə keçiriləcək Rio De Janeyro Yay Olimpiadası üçün kvalifikasiya imkanları yaradacaq. Sözügedən idman növlərinin sırasına kamandan ox atma, atletika, çimərlik voleybolu, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo və triatlon daxildir.
Avropa Oyunlarının keçirilməsi Bakı şəhərinə Avropa Olimpiya Komitələri (EOC) tərəfindən 2012-ci ilin dekabr ayında həvalə olunub. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) Oyunları EOC ilə əməkdaşlıq şəraitində təşkil edərək həyata keçirəcək.