Bakı-2015 I Avropa Oyunlarının V günündə 21 dəst medalın sahibi müəyyənləşib.
Oxu.Az-ın Apasport.az-a istinadən xəbər verir ki, bu gün hesabına 3 mükafat əlavə edən Azərbaycan yığmasının aktivindəki medalların sayı 19-a çatıb.
8 qızıl, 3 gümüş və 8 bürüncü olan yığmamız həm qeyri-rəsmi komanda hesabında, həm də ümumi medal sayında 2-ci pillədə qərarlaşıb.
Medal sıralamasında lider Rusiyadı. Yarışın 4-cü günündə zirvəni ələ keçirən şimal qonşularımızın hesabında 22 mükafat var. Bunların 12-si qızıl, 5-i gümüş, 5-i bürüncdü.
Hesabında 7 qızıl, 1 gümüş və 5 bürünc olan Macarıstan millisi 3-cü pilləyə yüksəlib. Belarus, Almaniya və Türkiyə yığmaları da ilk “altılıq”da qərarlaşıb.
Qeyd edək ki, Bakı-2015-in ilk 5 günündə ümumilikdə 199 - 60 qızıl, 60 gümüş, 79 bürünc medal oynanılıb. 36 ölkə təmsilçisi medal qazanıb ki, onlardan 17-si çempionluq sevinci yaşayıb.
