Bakı 2015 birinci Avropa Oyunlarında iştirak edəcək daha bir ölkənin idmançıları bu gün Bakıya gəlib.
Rumıniyanın Bakıdakı Səfirliyindən Oxu.Az-a verilən məlumata görə, Rumıniya yığma komandasını Heydər Əliyev adına Beynəlxalq Hava Limanında həmin ölkənin Azərbaycandakı səfiri Daniel Kristian Çiobanu və səfirliyin digər üzvləri qarşılayıb.
Rumıniya komandası 83-ü kişi, 64-ü qadın olmaqla 147 idmançıdan ibarətdir.
Səfir D.K.Çiobanu idmançılara uğurlar diləyib və qızıl medallar qazanmağı arzu edib.
İdmançılar da öz növbəsində, yarışlarda uğur qazanmaq üçün əllərindən gələni edəcəklərini bildiriblər.
E.Ə.
www.oxu.az