Bu il taekvondo üzrə dünya çempionatının keçirilmə yeri bəlli olub.
Oxu.Az xəbər verir ki, yarış noyabrda Meksikanın Kankun şəhərində keçiriləcək.
Ev sahibi rəqəmsal səsvermə zamanı müəyyənləşib. Namizədlər arasında Bakı və Livanın paytaxtı Beyrut da olub. Lakin Kankun 52 % səslə qalib olub.
Həmçinin 2023-cü ildə yeniyetmələr arasında dünya çempionatının Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda olması təsdiqlənib. Sarayevo 92 % səslə Meksikanın Keretaro şəhərinə qalib gəlib.
Qeyd edək ki, taekvondo üzrə dünya çempionatı bu ilin aprelində Çinin Usi şəhərində keçirilməli olsa da, pandemiya səbəbindən təşkilatçı ölkə bu hüquqdan imtina edib.