Avropa Oyunlarının açılışı və bağlanışı günü ola bilsin ki, metro 24 saat işləsin.
Bunu Oxu.Az-a Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.
Onun sözlərinə görə, iyunun 12-dən etibarən metro səhər saat 06:00-dan gecə saat 01:00-a qədər işləyəcək.
“Çalışacağıq ki, sərnişinlərin rahatlığını tam təmin edə bilək. Avropa Oyunlarının açılış günü və bağlanış günü metro qatarları səhərə qədər xidmət göstərə bilər. Çünki stadiona yaxın olan “Koroğlu” stansiyasına sərnişin axını olacaq. Yəni tamaşaçılar stadiondan çıxanda əsasən metrodan istifadə edəcəklər. Metropoliten mərasimdən çıxan son tamaşaçının daşınmasına qədər fəaliyyət göstərəcək”.
E.Ə.
www.oxu.az