Bakıda tikintisi yekunlaşmaq üzrə olan olimpiya stadionun ətrafında yaşıllaşdırma işləri həyata keçirilir.
Oxu.Az-ın Lent.az-a istinadən məlumatına görə, stadionun ətrafında çoxillik bitkilər: ağaclar, kollar əkilir, eləcə də çəmənliklər yaradılır. Bitkilərin suvarılması üçün xüsusi drenaj sistemi və damcı üsuli ilə suvarma həyata keçirən sistem quraşdırılır. Həmçinin əraziyə xeyli münbit torpaq və digər kompanentlər gətirilib.
Qeyd edək ki, olimpiya stadionu gələn il istifadəyə veriləcək. 65 min tamaşaçı tutumuna malik stadionda gələn il Bakıda keçiriləcək ilk Avropa Oyunlarının açılış və bağlanış mərasimləri ə nəzərdə tutulub.