Bakı Su İdmanı Sarayı 6 hektar torpaq sahəsində yerləşir.
Oxu.Az xəbər verir ki, ümumi sahəsi 46 min kvadratmetr olan saray ən müasir standartlar səviyyəsində tikilib və Beynəlxalq Üzgüçülük Federasiyanın tələblərinə tam cavab verir.
Sarayda üç üzgüçülük hovuzu tikilib.
Uzunluğu 50, eni 25, dərinliyi 3 metr olacaq hovuz yarışlar üçün nəzərdə tutulmuşdur. İkinci hovuzda isə məşqlər keçiriləcəkdir. Hündürlükdən suyatullanma hovuzunun uzunluğu 25, eni 20, dərinliyi isə 6 metrdir.
Bundan başqa, sarayda fitnes zalları, restoran, konfrans zalı, ofislər, soyunub-geyinmə otaqları və digər işçi və köməkçi otaqlar fəaliyyət göstərəcəkdir.
Su İdmanı Sarayının ərazisində köməkçi bina və qurğular, 500 avtomobil yerlik yerüstü dayanacaq inşa edilib. Sarayda keçiriləcək idman yarışlarını 6 min tamaşaçı izləyə biləcəkdir. Burada idmançıların məşq etmələri, respublika və beynəlxalq səviyyəli yarışların təşkili məqsədi ilə hər cür şərait yaradılıb.. Su İdmanı Sarayı, həmçinin paytaxt Bakının ümumi görünüşünə əlavə yaraşıq verir.
E.Ə.
FOTO: Nüsrət Abdullayev