İngiltərənin “Çelsi” klubu UEFA Çempionlar Liqasında 2020-2021-ci il mövsümünün qalibi olub.
“Çelsi” klubunun finalda “Mançester Siti” üzərində qələbəsi(1:0) azərbaycanlı futbol sevərlər tərəfindən də sevinclə qarşılanıb.
Belə ki, paytaxt Bakıda yüzlərlə “Çelsi” azarkeşi qələbə sevincini birgə qeyd edib.
Onlar sevimli komandalarının şəninə müxtəlif şüarlar səsləndiriblər. Sosial şəbəkələrdə yayılan görüntüləri təqdim edirik: