Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Bakıda cüdo üzrə beynəlxalq təlim-məşq toplanışı keçirilir
Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə Bakıda beynəlxalq təlim-məşq toplanışı keçirilir.
ACF-dən verilən məlumata görə, Böyük Dəbilqənin başa çatmasından sonra start götürən hazırlıq prosesi sentyabrın 29-dək davam edəcək.
Toplanışda 100-dən çox idmançı iştirak edir. Təlim-məşq toplanışına Azərbaycanın kişilərdən, gənc oğlanlardan və qadınlardan ibarət milli komandalarının üzvləri ilə yanaşı, Braziliya, Danimarka, Polşa, Portuqaliya, Rumıniya, Amerika Birləşmiş Ştatları, Avstraliya, Slovakiya, Səudiyyə Ərəbistanı və digər ölkələrin cüdoçuları qatılıblar.
Bu, 4-8 oktyabrda Portuqaliyada gerçəkləşəcək gənclər arasında dünya çempionatına hazırlıq məqsədi daşıyır.
Eyni zamanda, təlim-məşq toplanışı böyüklərdən ibarət millinin 3-5 noyabrda Fransada keçiriləcək Avropa çempionatına hazırlıqları üçün mühüm mərhələlərdən biridir.
"Amerika Birləşmiş Ştatları (ABŞ)" teqi üzrə xəbərlər
- Kaliforniyada iki yeni meşə yanğını ocağı qeydə alındı: Növbəti təxliyə dalğası başlayıb
- Baydenin işçiləri Ağ Evdən maşın-maşın məxfi sənəd çıxarırlar
- İlon Maska qarşı iddia qaldırıldı: 150 milyon dollar zərər vurub
- XİN sözçüsü ABŞ səfirliyinə cavab verib
- Tramp Kaliforniyada meşə yanğınlarının vurduğu ziyanı nüvə zərbəsi ilə müqayisə etdi
Rəylər