Üçqat dünya çempionu və dəfələrlə Avropa çempionu olmuş məşhur rusiyalı gimnast Aleksandra Soldatova Moskvada özünə qəsd edib.
Oxu.Az xəbər verir ki, bu barədə “Moskva” xəbər yayıb.
O, sol əlində dərin kəsik yarası ilə xəstəxanaya çatdırılıb. Onda, həmçinin, bulimiya müəyyən edilib. Hazırda onun vəziyyəti ağır qiymətləndirilir.
Özünə qəsdlə bağlı polis təhqiqatlara başlayıb.
Qeyd edək ki, Aleksandra Soldatova Bakıda keçirilən dünya və Avropa çempionatlarının iştirakçısı olub. 2019-cu ildə Bakıda bədii gimnastika üzrə XXXV Avropa çempionatında komanda şəklində qızıl, fərdi yarışlarda (topla və lentlə hərəkətlərdə) isə iki gümüş medal qazanıb.
Ancaq Portuqaliyadakı turnirdə huşunu itirdikdən sonra Bakıda keçirilən dünya çempionatında iştirak edə bilməyib.
Onu da xatırladaq ki, Aleksandra Soldatova 2017-ci ildə Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda topla hərəkətdə çıxışına görə qızıl medal qazanıb.