Bakıda kontakt karate üslubları üzrə nümunəvi yay seminarı keçirilir.
Oxu.Az xəbər verir ki, Heydər Əliyev Mərkəzində açıq havada təşkil olunan seminarda Azərbaycan Karate Federasiyasının prezidenti Ülvi Quliyev, gənclər və idman naziri Fərid Qayıbov və digər rəsmilər iştirak edirlər.
500-ə yaxın idmançının yer aldığı seminar üç - Kyokuşinkay Karate, Kosiki-Kudo Karate və Aşihara Karate üslubu üzrə təşkil olunub.
Seminar Allahverdi Rüstəmov və Rafael Bünyatov tərəfindən keçirilir.
Tədbir 26 iyun - Silahlı Qüvvələr Gününə həsr olunub.
Bakıda Silahlı Qüvvələr Gününə həsr olunan kontakt karate üslubları üzrə yay seminarı#karate pic.twitter.com/aEFu7EJoFU
— Oxu.Az (@oxuaz) June 28, 2025
Daha çox foto burada: PhotoStock.az
Məhərrəm Əliyev