Bu gün Binə Atçılıq Mərkəzində çövkən oyunu üzrə Prezident Kubokunun final mərhələsi keçirilib.
Oxu.Az xəbər verir ki, yarışın finalını izləmək üçün ölkəmizə Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğanın oğlu, Dünya Etnosport Konfederasiyasiyasının prezidenti Bilal Ərdoğan da təşrif buyurub. Türkiyəli qonaq çıxış edərək yarışın maraqla qarşılandığını, təşkilatçılara təşəkkürünü bildirib.
Mədəniyyət naziri Əbülfəs Qarayev yarışın ilk mərhələsinin UNESCO-nun mədəni irsinə daxil olan Şəkidə keçirildiyini, yarımfinal və final oyunlarının Bakıda təşkil olunduğunu qeyd edib.
Qeyd edək ki, final görüşündə “Buta Qolden” və “Omar” çövkən komandaları üz-üzə gəlib və yarış “Omar”ın qalibiyyəti ilə başa çatıb.
Oxu.Az-ın fotoqrafı yarışın ən yaddaqalan anlarını kameranın yaddaşına həkk edib:
FOTO: Ramil Zeynalov