Oktyabrda Bakıda World Challenge FIA GT avtomobil yarışlarının final seriyasının keçirilməsi planlaşdırılırdı.
Oxu.Az azerisport.com-a istinadən xəbər verir ki, fransız KİV-n məlumatına görə, oktyabrın ortalarına planlaşdırılan yarışlar noyabrın 22-23-nə keçirilə bilər.
Gözlənilir ki, yekun qərar həftənin sonunda qəbul olunacaq.
Həmçinin qeyd olunur ki, bu məlumat təsdiqini taparsa, o zaman World Challenge FIA GT-da iştirak üçün Azərbaycana gəlmək istəyən bütün komandalar tərəfindən müsbət qarşılanacaq.