Avropa Oyunları 2015-in basketbol üzrə ulduz səfiri, məşhur azərbaycanlı müğənni Miri Yusif, Avropa Oyunlarını dəstəkləmək üçün #Baku2015Challenge çağırışı edib.
Oxu.Az xəbər verir ki, onun mahiyyəti qeyri-adi basketbol tryukunun yerinə yetirilməsidir. Miri Yusif yerdən tullanaraq topu səbətə atıb və estafeti basketbolçu Amil Həmzəyevə, eləcə də müğənnilər ABD Malik və Elmir Məhərrəmova verib.
F.H.
www.oxu.az