İtaliya “A seriya”sında “Atalanta”-“Napoli” matçında maraqlı hadisə yaşanıb.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, “Napoli”nin ulduz futbolçusu Xose Kalexon komandası 1-0 hesabı ilə geridə olarkən qol vurmaq üçün gözəl imkan əldə edib. Lakin Kalexon topu boş qapıya vura bilməyib. Həmin epizodu təqdim edirik.
Qeyd edək ki, “Atalanta”-“Napoli” matçı 1-1 hesablı heç-heçə ilə başa çatıb.
E.Ə.
www.oxu.az