Milanın “İnter” futbol komandasının və “Mançester Siti”nin keçmiş hücumçusu Mario Balotelli Argentinanın “Boka Xuniors” komandasına keçə bilər.
Bu barədə “Football Italia” məlumat yayıb.
Nəşrin bildirdiyinə görə, 29 yaşlı italiyalı karyerasını Buenos-Ayresdə davam etdirməyə hazırdır.
Artıq futbolçunun agenti kluba rəsmi təklif verildiyini də vurğulayıb.