Qeyri-adi davranışları ilə seçilən tanınmış italiyalı hücumçu Mario Balotelli vurduğu qolu özünəməxsus şəkildə qeyd edib.
Oxu.Az xəbər verir ki, ötən gün futbolçunun şərəfini qoruduğu “Marsel” klubu Fransa çempionatının 27-ci turunda öz meydanında “Sent-Etyen”i 2:0 hesabı ilə məğlub edib.
Oyunda qələbə qollarını M.Balotelli və komanda yoldaşı Florian Toven vurub.
Oyunun 12-ci dəqiqəsində M.Balotelli akrobatik hərəkətlə (başı üzərindən) baxımlı qola imza atıb. Qol sevinci zamanı forvard fotoqraflardan birinə yaxınlaşaraq ondan telefonu alıb və komanda yoldaşları ilə birlikdə selfi çəkdirib.
What a goal from Balotelli !
— Taz (@TazPhalora) 3 March 2019
And that celebration 😂#OMASSE
pic.twitter.com/UmVKyQuBPo
Посмотреть эту публикацию в Instagram"Fransa" teqi üzrə xəbərlər
- "Lans" azarkeşlərinə səfər oyunlarına getmək qadağan edildi
- Fransada etiraz aksiyalarının iqtisadi zərəri milyardlarla avroya çatıb
- Fransada iğtişaşçılar 10 min avro məbləğində cərimələnəcəklər
- BTQ: "Fransa Korsika xalqının öz gələcəyini müəyyənləşdirmək hüququna qarşı çıxır"
- Fransa Kubokunda qalmaqal: Bıçaqlı azarkeş matçın dayandırılmasına səbəb oldu
Digər xəbərlər