“Barselona” 2006-cı il təvəllüdlü almaniyalı yarımmüdafiəçi Noa Darviçi transfer edib.
Bu barədə italiyalı jurnalist Fabrizio Romano “X” sosial şəbəkə hesabında məlumat verib.
O bildirib ki, Kataloniya klubu Darviç üçün Almaniya “Frayburq”una 2,5 milyon avro ödəyib. Daha 2,5 milyon avro isə bonus qismində nəzərdə tutulub.
Tərəflər müddəti 2026-cı ilin yayına qədər olan müqavilə imzalayıblar. “Barsa” vunderkidə bir milyard avro sərbəstqalma məbləği təyin edib.
German talent Noah Darvich formally signs his contract as new Barcelona player today 🔵🔴⭐️ #FCB
— Fabrizio Romano (@FabrizioRomano) August 8, 2023
Done deal revealed last week for €3m fee plus add-ons up to €5m package to Freiburg. https://t.co/wKVOFFS4dj