Fransalı hücumçu Usman Dembele Dortmundun “Borussiya” klubundan “Barselona”ya transfer olunub.
Oxu.Az-ın xəbərinə görə, bu barədə kataloniya klubunun rəsmi saytında məlumat verilir.
20 yaşlı futbolçu ilə beş illik müqavilə imzalanıb. Bazar ertəsi oyunçu tibbi müayinədən keçəndən sonra komandaya təqdim ediləcək. Transferin məbləği 105 milyon avro təşkil edib.
Ötən mövsüm Dembele “Borussiya”nın heyətində 49 oyuna çıxıb, 10 qol vurub və 21 məhsuldar ötürmə ilə yadda qalıb.
S.B.
www.oxu.az