"Barselona" klubu Ansu Fatini yayda klubdan göndərmək istəyir.
Oxu.Az "El Nacional"a istinadən xəbər verir ki, baş məşqçi Hans Flik onsuz da 22 yaşlı oyunçunu heyətdən uzaqlaşdırmaq istəyirdi.
Amma "Valyadolid"lə matçdakı zəif performansı (2:1) alman mütəxəssisi tam məyus edib və Fatinin komandada qalmaq şanslarını sıfıra endirib.
2024/25 mövsümündə Ansu Fati cəmi 11 oyuna çıxıb, heç bir qol və ya assistlə yadda qalmayıb.
Qeyd edək ki, "Transfermarkt" portalı Ansu Fatinin dəyərini 5 milyon avro olaraq qiymətləndirir.