Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

“Barselona” azarkeşləri Dembeleni təhqir etdilər
“Barselona”nın hücumçusu Usman Dembele məşqdən əvvəl komandanın azarkeşlərinin təhqirinə məruz qalıb.
PSJ-yə keçəcəyi gözlənilən fransalı futbolçu artıq ötən həftəsonu parislilərlə müqavilə imzalamalı idi. Lakin Kataloniya klubu onun sənədlərini gecikdirib. Bu səbəbdən Dembele düşərgəyə qayıdıb.
Məşqdən öncə futbolçular komandanın avtobusunu tərk edərkən fanatlar Dembeleyə təhqiramiz şüarlar səsləndiriblər. Buna səbəb onun PSJ-yə keçmək istəyidir.
Qeyd edək ki, Dembele ötən mövsüm “Barselona”nın heyətində bütün turnirlərdə 35 oyuna çıxıb, səkkiz qol vurub, doqquz qolun ötürməsini verib.
Mənbə: Sport
"Barselona FK" teqi üzrə xəbərlər
Ən çox oxunanlar