“Barselona” müdafiəçisi Dani Alvesin cəzası ilə bağlı apellyasiya şikayəti vermək qərarına gəlib.
Oxu.Az xəbər verir ki, Kataloniya klubu İspaniya La Liqasının XXIII turunda “Atletiko” ilə oyunda (4:2) qırmızı vərəqə alan braziliyalı cinah müdafiəçisinin iki oyunluq cəzası ilə razılaşmır.
Klub rəhbərliyi müddətin 1 matça endirilməsi üçün tezliklə apellyasiya şikayəti edəcək. Müraciət təmin olunmasa, 38 yaşlı futbolçu “Espanyol” və “Valensiya” ilə görüşləri buraxacaq.