İspaniya kubokunun 1/8 finalında daha bir sensasiya gerçəkləşib.
Oxu.Az xəbər verir ki, İspaniya çempionatının lideri “Barselona” Valensiya şəhərində “Levante”yə uduzub – 1:2.
Düzdür, bu məğlubiyyətdə mərkəz müdafiəçisi Jerar Pike, argentinalı kapitan Lionel Messi, uruqvaylı hücumçu Luis Suares, xorvatiyalı dayaq yarımmüdafiəçisi İvan Rakitiç kimi futbolçuların heyətdə yer almaması da böyük rol oynayıb.
Qeyd edək ki, iki gün əvvəl “Valensiya” da Xixon səfərində “Sportinq”ə 1:2 hesabı ilə uduzub, Madrid “Atletiko”su isə Kataloniyada “Jirona” ilə 1:1 oynayıb.
Səbuhi MUSAYEV