İspaniya La Liqasının XXXII turunda “Barselona” öz meydanında “Kadis”lə qarşılaşıb.
Əfsanəvi “Kamp Nou” stadionunda keçirilən matç meydan sahiblərinin minimalhesablı məğlubiyyəti ilə yekunlaşıb.
Matçın yeganə qoluna 48-ci dəqiqədə “Kadis”li Lukas Peres imza atıb.
Bu nəticədən sonra 60 xalda qalan “Barselona” çempionluq yolunda “Real”dan bir az da geri düşməklə yanaşı ikincilik şansını da təhlükəyə atıb.
“Kadis” isə xallarının sayını 31-ə çatdırıb və düşmə zonasından bir qədər uzaqlaşıb.
Matçdan görüntüləri təqdim edirik: