İspaniya La Liqasında 2019/20 mövsümü start götürüb.
Oxu.Az xəbər verir ki, I turun ilk oyun günündə son çempion "Barselona" "Atletik"lə görüşüb.
Matç Bilbaoda baş tutub. Oyunda bir qol vurulub. 89-cu dəqiqədə fərqlənən Arits Aduris meydan sahiblərinə üç xal qazandırıb. Təcrübəli futbolçu meydana bir dəqiqə əvvəl daxil olub.
Qeyd edək ki, tura avqustun 18-də yekun vurulacaq.