UEFA Çempionlar Liqasında daha bir 1/4 finalçının adı bilinib.
Oxu.Az xəbər verir ki, bu, İspaniyanın “Barselona” klubu olub.
Kataloniya təmsilçisi öz meydanında Fransanın “Lion” klubunu 5:1 hesabı ilə darmadağın edib. Bu matçda meydan sahiblərinin argentinalı hücumçusu Lyonel Messi iki qol və iki məhsuldar ötürmə ilə yadda qalıb.
Bununla da Fransanın Çempionlar Liqasında komandası qalmayıb.