İspaniya La Liqasında XXIX tur davam edir.
Oxu.Az xəbər verir ki, lider “Barselona” Madriddə “Xetafe”nin qonağı olub. Matçda hesab açılmayıb - 0:0.
“Barselona” 73 xalla vahid liderdir və ən yaxın izləyicisi “Real Madrid”i 11 xal üstələyir.
Madrid “Atletiko”su isə “Almeriya”nı qəbul edib. “Hindular” qələbə qazanıblar - 2:1.
Madridlilərin heyətində Antuan Qrizman dubl edib. Xose Mariya Ximenes isə avtoqol müəllifi olub.
Xallarını 60-a çatdıran “Atletiko” əvvəlki kimi 3-cü pillədədir.