"Barselona"nın qapıçısı Voyçex Şesni baş məşqçi Hans-Diter Flikin rəhbərliyi altında komandanın hazırkı oyun tərzini bəyənmədiyini açıqlayıb.
Oxu.Az bu barədə "Foot Truck" "YouTube" kanalına istinadən xəbər verir.
"Bu, mənim futbolum deyil. "Barselona"nın ötən mövsüm etdikləri əladır, bu oyun tamaşaçılar üçün çox cəlbedici görünür. Amma bu, mənim futbolum deyil və hətta uğur qazansaq belə, bu üsluba baxışımı dəyişmərəm", - deyə Şesni vurğulayıb.
Polşalı qapıçının fikrincə, komanda bəzən matçda təhlükələri dəyərləndirməli və 90 dəqiqə boyunca eyni tempdə oynamaya bilər:
"Bu, sadəcə mənim fikrimdir. Mən bir qapıçıyam. Əgər biz 4:0 hesabı ilə öndəyiksə, lakin oyunçular hələ də hesabı 5:0-a çatdırmaq üçün hər şeyi unudurlarsa, bu zaman özümü narahat hiss edirəm. Qapıçı da qol buraxmaq istəmir. Amma uşaqlar daim qol vurmaq və əylənmək istəyirlər. Bu isə bir qapıçı üçün çətinlik yaradır".