"Barselona" klubu 18 yaşlı hücumçusu Lamin Yamalın bu mövsüm aldığı qasıq zədəsinin xroniki hala keçəcəyindən narahatdır.
Oxu.Az xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.
Məlumata görə, "Barselona"nın sabiq futbolçusu Lionel Messi daha kiçik yaşlarında oxşar zədə alıb, lakin o bundan sağalıb.
Daha əvvəl KİV özünü yaxşı hiss etməyəcəyi təqdirdə Yamalın əməliyyat olunacağı barədə məlumatlar tirajlayıb.