“Barselona” və “Real Madrid” mövsümöncəsi yoxlama oyununda üz-üzə gəliblər.
Oxu.Az xəbər verir ki, görüş ABŞ-ın Las Veqas şəhərində baş tutub.
Oyunun taleyini bir qol həll edib. Belə ki, matç Kataloniya təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 27-ci dəqiqədə Rafinya vurub.
Qeyd edək ki, “Barselona” La Liqanın I turunda avqustun 13-də “Rayo Valyekano”nu qəbul edəcək.
Madrid klubu isə bir gün sonra “Almeriya”nın qonağı olacaq.