“Barselona” yeni mövsümə hazırlığa start verib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Katalon klubu yeni baş məşqçi Ronald Kumanın rəhbərliyi ilə ilk məşqinə çıxıb. Futbolçular fərqi qaydada məşq ediblər. Lionel Messi və İvan Rakitiç məşqdə iştirak etməyib.
Xorvatiyalı futbolçu klubun icazəsi ilə məşqə çıxmadığı halda, Messinin yoxluğunun səbəbi barədə məlumat verilməyib.
Xatırladaq ki, Messi “Barselona” ilə müqaviləsini pozmaq niyyətindədir.
📍 Ciutat Esportiva
— FC Barcelona (@FCBarcelona) August 31, 2020
19 players have trained individually on Camp Tito Vilanova and Pitch 2.@ivanrakitic did not train with the permission of the club.
[+] Info: https://t.co/NZWc8aZXIM pic.twitter.com/5ZkcICDAbH