“Barselona”nın portuqaliyalı hücumçusu Fransisko Trinkao İspaniya çempionatındakı ilk qolunu “Lamborghini” almaqla qeyd edib.
“Marca” nəşrinin məlumatına görə, katalonların 3:2 hesabı ilə “Betis”i məğlub etdikləri matçda fərqlənən oyunçu “Lamborghini Huracan EVO” idman avtomobilinə sahib olub. O, bu xəbəri özünün “Instagram” səhifəsində paylaşıb.
Qeyd edək ki, avtomobilin baza komplekti ilə qiyməti 250 min avrodur. İspaniyada cəmi 9 ədəd belə model var.
Xatırladaq ki, Trinkao 2020-ci ilin yayında “Braqa”dan “Barsa”ya keçib və artıq yeni klubunun heyətində 27 matça qatılıb.
“Betis”lə oyunda hücumçunun vurduğu qol onun İspaniya çempionatındakı ilk qolu olub.
View this post on Instagram
"Barselona FK" teqi üzrə xəbərlər
- "Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
- Derbilərlə zəngin həftəsonu: Maraqlı futbol oyunlarının afişası
- "Barselona"nın əfsanəsi Azərbaycan millisinin oyununu izləyib - Video
- "Barselona"nın heyətində Çempionlar Liqası qazanan futbolçu mağazada satıcı işləməsindən danışıb
- Lamin Yamalın atası hava limanında qalmaqal yaratdı
Digər xəbərlər