İspaniyalı futbolçu Andres İnyesta Yaponiyanın “Visseru” klubundakı çıxışını davam etdirəcək.
Oxu.Az xəbər verir ki, bu gün 37 yaşını qeyd edən “Barselona”nın sabiq ulduzu Yaponiya klubu ilə 2023-cü ilin yayınadək müqavilə bağlayıb.
Bu isə o deməkdir ki, İnyesta ən azı 39 yaşınadək futbol oynayacaq.
Qeyd edək ki, Andres İnyesta 2018-ci ildə “Barselona”dan ayrıldıqdan sonra Yaponiyanın Kobe şəhərini təmsil edən kluba keçib. O, bu klubla 2019-cu ildə İmperiya Kubokunu, ötən il isə Yaponiya Super Kubokunu qazanıb.
Səbuhi Musayev