Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Başı telefona qarışan Pike səhnədən yıxıldı - VİDEO
İspaniyanın “Barselona” klubunun sabiq futbolçusu Jerar Pike başı telefona qarışdığı üçün təqribən iki metr hündürlükdəki səhnədən yıxılıb.
Hadisə Mexikoda keçirilən “Kings League Americas” media futbol turnirinin açılış mərasimində baş verib.
Məlumata görə, tədbir başa çatdıqdan sonra futbolçu avtoqraf vermək üçün azarkeşlərə tərəf yönəlib. Həmin vaxt onun başı telefona qarışdığı üçün səhnənin kənarına fikir verməyib və yıxılıb. Ancaq o, tezliklə ayağa qalxıb. Bundan sonra azarkeşləri ilə görüşüb və zalı tərk edib.
Sosial şəbəkələrdə baş verənlərin görüntüsü yayılıb.
Başı telefona qarışan Pike səhnədən yıxıldı - VİDEO
Mənbə: Gazeta.ru
"Barselona FK" teqi üzrə xəbərlər
Ən çox oxunanlar