Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

"Bavariya" "Qalatasaray"dan aldığı futbolçunu satacaq
"Bavariya" klubu hücumçu Brayan Saraqosa və müdafiəçi Saşa Boenin transferlərini uğursuz hesab edir.
Oxu.Az "Bild"ə istinadən xəbər verir ki, alman klubu bu futbolçuları yay transfer pəncərəsində satmaq qərarına gəlib.
Saraqosa 2024-cü ilin qışında Münhen klubuna icarə əsasında qoşulub, yayda isə "Bavariya"ya daimi transfer olunub. Lakin dərhal "Osasuna"ya icarəyə verilib. Alman klubunda Saraqosa 7 oyunda iştirak edib, lakin heç bir fəallıq göstərməyib.
Boе isə 2024-cü ilin qışında "Qalatasaray"dan "Bavariya"ya keçib. Bu müddət ərzində o, bütün turnirlərdə 16 oyun keçirib və 2 qol ötürməsi verib.
"Futbol transfer xəbərləri" teqi üzrə xəbərlər
Ən çox oxunanlar