Almaniyanın “Bavariya” futbol klubunun polşalı forvardı Robert Levandovski doqquz dəqiqə ərzində “Volfsburqun” qapılarından beş qol keçirərək, ölkə çempionatında rekorda imza atıb.
Oxu.Az xəbər verir ki, bu barədə “R-Sport” yazır.
Münhendə keçirilən matçda Levandovski meydançaya ikinci hissədə, 46-cı dəqiqədə çıxıb.
O, qolları 51, 52, 55, 57 və 60-cı dəqiqələrdə vurub.
Futbolçu Bundesliqa tarixində əvəzləmədən sonra meydana çıxaraq beş qol vurmuş, həmçinin ən sürətli het-trik (4 dəqiqəyə) və pokerin (6 dəqiqəyə) oyunçu olub.
Oyun 5:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. “Volfsburq”un heyətində yeganə qolu 26-cı dəqiqədə Daniel Kalicuri vurub.