Almaniyanın "Bayer Leverkuzen" klubunun baş məşqçisi Erik ten Haqın qovulması ölkə çempionatı tarixinə rekord kimi düşüb.
Oxu.Az "Opta"ya istinadən xəbər verir ki, təcrübəli mütəxəssisin gedişi Almaniya Bundesliqası tarixində mövsümün başlanğıcından ən tez reallaşan baş məşqçi ayrılığı olub.
Belə ki, rəhbərlik cəmi iki turdan sonra Erik ten Haqı vəzifəsindən uzaqlaşdırıb.
Qeyd edək ki, "Bayer Leverkuzen" niderlandlı mütəxəssisin rəhbərliyi altında cəmi iki matç keçirib. "Hoffenhaym"a məğlub olan (1:2) Leverkuzen təmsilçisi "Verder"lə heç-heçə edib - 3:3.
Almaniyanın "Bayer Leverkuzen" klubu baş məşqçi Erik ten Haqla yollarını ayırıb.
Oxu.Az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin Mətbuat Xidməti məlumat yayıb.
Komandanı müvəqqəti olaraq onun köməkçiləri çalışdıracaqlar.