"Mançester Yunayted" və "Bayer Leverkuzen"in keçmiş baş məşqçisi Erik ten Haq "Ayaks"a qayıda bilər.
Oxu.Az xəbər verir ki, bu barədə məşhur jurnalist və insayder Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib.
Bildirilib ki, Amsterdam klubu baş məşqçi Con Heytinqanın qovulmasından sonra 55 yaşlı mütəxəssislə müqavilə imzalamaqda maraqlıdır.
"Ayaks" kluba qayıtmaq təklifi ilə Ten Haqa müraciət edib, lakin məşqçi hələlik yekun qərar verməyib.
Xatırladaq ki, Erik Ten Haq 2018-22-ci illərdə "Ayaks"ın baş məşqçi postunda olub.