Almaniyanın “Bayern” klubunun idarə heyətinin sədri Karl-Haynts Rumeniqe Avropa Super Liqasının yaradılması və Çempionlar Liqasındakı dəyişikliklərlə bağlı bəyanat yayıb.
Oxu.Az xəbər verir ki, o, rəhbərlik etdiyi klubun Super Liqanın planlaşdırılmasında iştirak etmədiyini bildirib.
“Biz Super Liqanın pandemiya səbəbindən Avropa klublarında yaranan maliyyə problemlərini həll edəcəyini düşünmürük. Avrokubokların formatında edilən dəyişiklikləri isə alqışlayırıq”, – deyə bəyanatda bildirilib.