Almaniya Bundesliqasının 8-ci turunun mərkəzi qarşılaşmasında Münhendə "Bavariya" və "Borussiya Dortmund" 2:2 hesablı heç-heçə ediblər.
Oxu.Az xəbər verir ki, "Allianz Arena"da keçirilən görüşdə hesabı 38-ci dəqiqədə Konrad Laymer açıb.
Seru Girassi 60-cı dəqiqədə hesabı bərabərləşdirib. Dayo Upamekano 66-cı dəqiqədə "Bavariya"nı yenidən önə çıxarıb. Fabio Silva isə 89-cu dəqiqədə vurduğu qolla "Borussiya Dortmund" təmsilçisinə bir xal qazandırıb.
Qeyd edək ki, Harri Keyn 56-cı dəqiqədə penalti zərbəsindən yararlana bilməyib. Onun zərbəsindən sonra top qapı tirinə dəyib.
Bu nəticədən sonra hər iki komandanın aktivində 18 xal var. "Bavariya" top fərqinə görə turnir cədvəlinə başçılıq edir.