Almaniya Bundesliqasının XXIII turunda “Bayern” “Köln”ü qəbul edib.
Oyun münhenlilərin qalibiyyəti ilə yekunlaşıb.
Çempionatdakı son iki oyunda qalib gələ bilməyən, “Arminiya” ilə heç-heçə edib, “Ayntraxt”a uduzan “Bayern” geridönüşünü darmadağınla qeyd edib – 5:1.
Münhenlilərin heyətində Robert Levandovski və Serj Qnabrinin dubla imza atdığı oyunda Erik Maksim Şupö-Motinq bir qolla yadda qalıb. “Köln”ün heyətində isə Tunis millisinin fransalı yarımmüdafiəçisi Elyes Skiri təsəlli qoluna imza atıb.
Hazırda 52 xalı olan “Bayern” turnir cədvəlindəki liderliyini davam etdirir.