Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Bədii gimnastika komandamızdan möhtəşəm çıxış - Avropa Kubokunda ikinci yer
Bolqarıstanın Burqas şəhərində keçirilən Avropa Kuboku yarışlarında Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası uğurlu nəticə əldə edib.
Oxu.Az-ın məlumatına görə, Ləman Əlimuradova, Darya Sorokina, Yelizaveta Luzan, Güllü Ağalarzadə, Kamilə Əliyeva və Sofiya Məmmədovadan ibarət kollektiv 3 top və 2 halqa ilə çıxışda 25,150 xalla ikinci yeri tutaraq gümüş medala layiq görülüb.
Komanda 5 lentlə hərəkətlər proqramında isə dördüncü yeri tutub. Gimnastlarımız çoxnövçülük üzrə final mərhələsinə yüksələrək, mayın 17-də həlledici çıxışda mübarizə aparacaqlar.
"Bədii gimnastika" teqi üzrə xəbərlər
- Azərbaycanın qrup hərəkətləri komandası bədii gimnastika üzrə Avropa Kubokunda iki medal qazanıb
- Azərbaycan komandası Avropa Kubokunda daha bir medal qazanıb
- Azərbaycanın gimnastika yığması Avropa kubokunun qalibi oldu
- Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda ilk mükafatçılar müəyyənləşiblər
- Azərbaycanda bədii gimnastika üzrə Dünya Kuboku keçiriləcək
Ən çox oxunanlar