Xorvatiya futbol millisinin sabiq baş məşqçisi Zlatko Daliç Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) milli komandasının baş məşqçisi təyin olunub.
Oxu.Az xəbər verir ki, bu barədə BƏƏ Futbol Assosiasiyasının "X" sosial şəbəkəsindəki səhifəsində məlumat yayılıb.
"BƏƏ Futbol Assosiasiyası xorvatiyalı mütəxəssisin milli komandanın yeni baş məşqçisi təyin olunmasını məmnuniyyətlə elan edir", - deyə məlumatda bildirilib.
Qaynar xətt:
(055) 224 12 12